Bu yılın Avrasya Yazarlar Birliği tarafından Kaşgarlı Mahmud Yılı olduğunu şu yazıda söylemiştik. Kaşgarlı Mahmud Yılı etkinlikleri kapsamında bir de hikâye yarışması düzenleniyor. Bu yarışmaya Türk lehçelerinin konuşulduğu her ülkeden yarışmacılar katılabilecek. Yarışmaya katılabileceğimiz hikâye konusunda herhangi bir sınırlandırma yapılmamış. Hikâyelerin son teslim tarihi ise 30 Temmuz 2008 olarak belirlenmiş. Birinciye 500 EURO verilecek yarışmanın jüri ekibi 17 kişiden oluşuyor. Yarışmanın detaylarını öğrenmek için şu adrese bir göz atın.

3 ahkâm kesilmiş, ilkin okuyayım, sonra ben de yazarım bir şeyler
7 Nisan 2008, 09:34
salamlar
bu yazi alim FIRIDDUN CELILOVLA MUSAHIBEDIR
Dilimiz tariximizin şəhadətidir
Bir daha İrəvan toponiminin tarixi haqda
Bu gün hayların yaşadığı coğrafi ərazi heç vaxt erməniyə aid olmayıb. Bu ərazilər tarix boyu türk yurdu kimi tanınıb və qəbul edilib. Bunu deməklə əslində kiməsə tarix dərsi keçmək fikrində deyiləm. Sadəcə olaraq tarix bunu sübut edir, edib, edəcək. İrəvanın tarixi və bölgədəki yer-yurd adları, bu yerlərin aborigen əhalisi azər, türk boyları ərazinin erməniyə heç bir aidiyyatı olmadığını sübut edir. İrəvan -indi olub Yerevan, bütün qədim türkün yaşadığı ərazi də Ermənistan. Dənizdən-dənizə böyük Ermənistan xülyasına düşən erməni bəlkə də böyük türkün şanlı tarixindən xəbərsiz deyil. Amma erməni məkri, hiyləsi artıq uzun müddətdir ki, torpaqlarımızın erməniləşdirilməsi siyasətini özünə məqsəd tutub. Zaman-zaman İrəvandakı yer-yurd, kənd, çay adları erməniləşdirildi.
Bu azmış kimi, erməni alimləri indi də ümumən Azərbaycan dilini şübhə altına almağa çalışır, Azər etnosunun fars mənşəli olduğunu sübut etməyə cəhd göstərirlər. Professor Firudin Cəlilov əməkdaşlarımızla söhbətində bu məsələyə aydınlıq gətirib:
- Belə yazıların müəllifləri peşəkar alimlər deyil. Əgər içərilərində professionallar varsa, bunlar da siyasi sifarişlə işləyənlərdi. Azər etnosunun farsa dəxli yoxdur, ona görə ki, farsların ulu əcdadlarının bugünkü İrana, fars körfəzi ətrafına gəlmə tarixi bəllidir. Bunu iranşünaslar da, dünya elmi də qəbul edir. Heç kim də, bunun əksinə getmir. İran dilli tayfalar bu ərazilərə ən tezi miladdan öncə 9-8-ci əsrdə gəliblər. Amma Azər sözünün Güney Azərbaycanda, Assur qaynaqlarında, yazılı qeydə alınması bir neçə əsr qabaqdır. Təkcə bu fakt, xronoloyi sistem baxımdan onu göstərir ki, Azər sözü irandilli ola bilməz. Digər maraqlı bir fakt da budur ki, hətta Qurani-Kərimdə İbrahim Peyğəmbərin atasının adı Azər kimi verilib. İbrahim Peyğəmbərin də Güney Azərbaycandan hicrət etməsi haqqında tarixi qaynaqlarda bilgilər var.
Azər sözünün başqa dillərə aid olmasını sübut eləyəsi bircə dəlil də yoxdur. Onu da demək lazımdır ki, başqa dillərdə türk sözlərindən geniş istifadə edilir. Bu gün ingilis dilində “yogurt” sözü işlənir. Bu ingilis sözü deyil. Bu bizim doğma sözümüzdür. Vaxtı ilə ingilislərin dilinə keçib.
- Əsərlərinizdə qeyd edirsiniz ki, İrəvan, İrəvan ətrafı bölgələrin əhalisi əsasən Azərilər olub. Bu iddianın arxasında hansı elmi dəlillər dayanır?
- Adətən İrəvan sözünü, Rəvanqulu xanın adıyla bağlayırlar. Rəvanqulu xandan 2 min il əvvəl bu şəhər mövcud idi. İrəvan sözündən başlayım. İrəvan sözü qədim türkcədədir. Amma şəkilçisi türkcə deyil. Ona görə ki, o şəhəri salanlar türk ölkəsində salıblar, amma bu şəhəri salanlar urartululardı. Miladdan öncə 8-ci əsrdə urartulular Araz çayını keçib, Güneydən gəlib İrəvan çuxuru adlanan ərazini zəbt ediblər. Daşların üzərində yazılar qoyublar ki, biz bu düşmən ölkəsini zəbt elədik. Düşmən ölkəsinin də adını Az- ölkəsi kimi verirlər. Yəni Az tayfalarının ölkəsini düşmən ölkəsi hesab edirlər, bu düşmən ölkəsinə gəlib bir neçə qalalar da tikirlər. Bu qalalar sonralar şəhərlərə çevrilir. Məsələn, indiki Artaşatın yerində Argiştixilini şəhərini salırlar. İndiki İrəvan şəhərinin yerində İripuni şəhərini salırlar. Bu qalaları salanlar bayaq dediyim kimi urartulular idi. Argişti urartuluların şəhərinin adıdır. O vaxt yerli tayfaların dilində İripuni “ər evi, əsgərlər evi” anlamına gəlib çıxır. İrəvan çuxurunun tarixinə nəzər salanda görürük ki, Azəri türklərinin ulu babaları ən qədim vaxtlardan burada yaşayıblar.
İrəvan çuxuru adına gəldikdə isə, buna bəzən çuxur-oba, çuxur-sədd də deyiblər. Hətta Urartu qaynaqlarında Quarliki kimi qeyd edilir. Quarliki, çuxur oba, çuxur sədd anlamındadır. Erməni yazılarında bu ərazinin adı çuxur-sakat gedir. Sakat da qədim sak tayfalarının adıyla bağlıdır. Ən maraqlısı da odur ki, arxeoloyi qazıntılar zamanı Yesseyan və Poqrebov adlı arxeoloqlar skif, sak, mədəniyyətinin izlərini arayıb və onun xəritəsini veriblər. Bu arxeoloqların verdiyi xəritə miladdan öncə 7-6-5 əsrləri əhatə edən dövrdə Sak arxeoloyi mədəniyyətini göstərən xəritədi. Bu xəritədəki nöqtələrin hamısı Dədə-Qorqud boylarında adı gedən coğrafi ərazilərin adını əhatə edir. Bu, onu göstərir ki, Dədə Qorqud oğuznamələri o vaxt həmin bu oğuz tayfaları olan sakların içində yaranıb və bu dövlətin mərkəzi Göyçə gölü ətrafındadı, ancaq sərhədləri genişdir: Borçalıdan, Axıskaya, Azərbaycanın Şərq bölgələrindən, Urmiya gölünə qədər. İndi bu ərazilər, təkcə Sakların yaşadıqları ərazilər yox, bütöv Azərbaycanın ərazisi kiçildilib.
- Firudin müəllim, siz Göyçədəki “Bəlgə” daşı deyilən abidənin üzərindəki qədim yazını oxumusunuz; nədən xəbər verir o mətn?
- “Azər xalqı” kitabının axırıncı nəşrində bu haqda məlumat vermişəm. Azərbaycanda yazı nümunələri damğalardan başlayır. Bu damğalar təkcə Azərbaycana deyil, bütün türk etnosuna aiddir. İlk yazı nümunələri damğalardan başlayır, sonra isə yazıya çevrilir. Müəyyən dövrlərdə Azərbaycanda müxtəlif əlifbalar işlənib. Bunun qalıqları indi də tapılır. Hətta Aramey əlifbasına, yunan əlifbasına, Qobustanda latın əlifbasına, hətta mixi yazılara da rast gəlmək olur. Amma yenə deyirəm, yazı nümunələrimizin – ən qədimi damğalardı. Bu yazılar-damğalar o vaxtlar orta Asiyaya qədər yayılıb. Azərbaycanda bu yazıların bərk cism üzərində yazılmış nümunələri çoxdur. Bir də var runik yazılar. Runik yazıları bu günə qədər yaşadan bizim xalçalarımızdı. Xalçalarda runik yazıların kolleksiyası öz əksini tapır. Azərbaycan ərazisində qədim yazıları işləyərkən əlimə Aramey hərfləri ilə yazılmış bir-iki bilgi keçdi. Sonra bunun haqqında çox yazılar oxudum. Daş üstəki yazıları Əlisa Şükürov da, rəhmətlik Həmzə Vəli də, digər alimlər də oxuya bilmişdilər. Hamı bunun Aramey əlifbasında yazıldığını etiraf edir. Doğrudan da bu hərflər Aramey əlifbasının hərfləridi. Aramey əlifbası da Azərbaycanda bir müddət işlənib. Hətta əhəmənilər dövlət quranda ilk yüz il ərzində hakim dil Aramey dili olub.
Yəni bu Aramey dili saray dili idi. Bütün regionda da yayılmışdı. Bu yazını o zaman Ərməniyyə kimi təsniflənən coğrafi ərazidə ilk dövlət quran Artaşest adlı şəxsin adı ilə bağlayırlar (haylar bu ölkəyə sonradan gəldilər – red.). Artaşest Selevki dövlətinin canişinlərindən biri idi. O vaxt Selevki sülaləsi məğlub olub dağılanda Artaşest özünü müstəqil dövlətin çarı kimi elan elədi. Qədim yazılar isə Göyçənin iki kəndindən tapılıb. O yazılar Artaşestin mərz daşlarının, yəni sərhəd daşlarının üzərindəki yazılardı. Bu daşlardan biri 1906-cı ildə, digəri isə 1932-ci ildə tapılıb. Bu yazıları alimlər zaman-zaman oxumaq istəyiblər. Aramey əlifbasında tapılan bu yazı Artaşestin dövründən qalma yazı olduğu üçün ilk cümlədə də, Artaşestin adı gedir. Yunan deyim formasında, Artaxşose. Bu yazının Aramey əlifbası olması, daşın Artaşest dövründən qalması qəbul olunur. Amma bu yazını oxumaq mümkün olmayıb. Çünki, ermənilər, fars yozsalar da heç bir məna verməyib. Alimlər etiraf edir ki, bu Aramey əlifbasıyla yazılmış bir yazıdır, amma dili bəlli deyil. Bu yazı nə erməni, nə fars, hətta Aramey dilində heç bir məna vermədi. Bəzi alimlər də deyir ki, guya yerli tayfaların birinin dilində yazılıb. Ancaq heç kimin ağlına gəlməyib ki, bu Göyçə ətrafında tapılıb, ona görə də bunu türkcə oxumaq lazımdır. Bu yazını mən oxuyanda gördüm ki, çox aydın şəkildə yazılıb. Bu Artaşest məliyin mərz daşıdı. Aramey hərfləriylə belə yazılıb: “Artaşaxse Məliy biləyi Yeritir, bunda Qonğuldu”. Bu isə təmiz qədim türkcə danışıq dilidi. Özü də çox anlaşıqlı bir dildi.
Savalan Talıblı
Azərbaycan Radiosu “Xalq yaradıcılığı” redaksiyasının əməkdaşı
http://WWW.IGDIRHABER.COM
http://WWW.IGDIRFM.NET
29 Nisan 2008, 18:29
Dil ünsiyyət vasitəsidir.Azərbaycan dili dünya xalqlarının dilləri arasında özünəməxsus yeri və mövqeyi olan bir dildir.Ən çətin fikirləri ifadə etmək gücünə malikdir.Azərbaycan dili öz tarixi inkişaf yolunda bir çox mərhələlərdən keçib.Bugün müstəqil Azərbaycanımızın dövlət dili azərbaycan dilidir.Sevindirici bir hal kimi qeyd etmək istərdim ki,ölkəmizdə fəaliyyət göstərən səfirliklərin səfirlərinin bir çoxu ana dilimizdə sərbəst danışırlar.Burada maraqlısı odurki,əcnəbililər,avropalılar bizim dilimizi öyrənməkdə maraqlıdırlar,amma biz öz tarixi keçmişimizi, dogma dilimizi yaşatmaqda yox.
Yaponiyanın,amerikanın səfirləri dogma dilimizdə sərbəst danışırlar.Fikir və düşüncələrini səlis ifadə etməyi bacarır.Ən əsasda dilimizin normalarına riayət edirlər.Yaponiyanın,amerikanın səfirlərinin dilimizdə danışmaları bizləri sevindirir.Ancaq dilimizə balta vuranlara belə bir söz demək istərdim:əcnəbiləri bizim dilimizdə danışan görəndə görən həmin azərbaycanlılar xəcalət cəkirmi?,heç olmasa həmin əcnəbilərdən utanırlarmı?Bu tip insanlar özlərini necə,nə əsasa azərbaycanlı adlandırır.Çox maraqlıdı, Azərbaycanda yaşayasan,işləyəsən ancaq azərbaycanca danışmayasan.
Belə insanlara başa salmaq lazımdır ki,bura azərbaycandır,və dövlət dilidə azərbaycan dilidir.Biz nə SSR-i dönəmində yaşamırıq,nədə ki, avropada.Hamı yaşadıqı dövlətin dilində danışmalıdır.
Dilimizi qorumaq,lügətimizdə olan sözlərdən gen-bol istifadə etmək hər bir azərbaycanlının borcudur.Məndə bir azərbaycanlı kimi dilimizə laqeyid münasibəti görüb Azərbaycan Pedoqoji universitetinin filologiya fakültəsinin dekanı,filologiya elmləri doktoru professor Buludxan Xəlilovla görüşdüm.Dilimizdə yaşanan qaranlıqlara dilçi alim geniş aydınlıq gətirdi.
Buludxan müəllim,siz APİ-nin filologiya fakültəsində dekansınız.Dilimizin keşiyində dayanan bir alim kimi sizin bugün dilimizə yad münasibət bəsləyənlərə münasibətiniz necədir?Bugün azərbaycan dilinin işlənmə səviyyəsi nə yerdədi,və yaxud tez tez icitamiyyətdə bəzi insanlar nitqlərində əcnəbi sözlərdən istifadə edirlər.Elə insanlarla qarşılaşırıq ki, azərbaycan dilindən başqa bütün dillərdə danışırlar,ancaq yarı-yarımçıq.Dilçi alim kimi bunlara münasibərinizi bilmək istərdik.
Əvvala dogru qeyd etdiniz.Rusca,ingiliscə sözlərdən danışıq vaxtı istafadə edənlərlə tez-tez qarşılaşırıq.Daha dogrusu «zəngin lügətlərində» əcnəbi sözlərdən istifadə edən,bəzi azərbaycanlılarla.Dil bilmək gözəldi,ancaq ana dilini bilməmək,dogma dildə danışmamaq ən azından günahdır.Dilə hamının ehtiyacı var.Ü.Hacıbəyovun felyotonlarını,C.Məmmədquluzadənin və bir çox klassiklərimizin əsərlərini ana dilimizin vasitəsiylə oxuyub öyrənmişik.O klassiklər,dahilər ona görə sevilirlər ki,onlar azərbaycanca yazıb yaradıblar.Azərbaycan dilinin bütün imkanlarından istifadə ediblər.Bizlər ana dilimizə borcluyuq.Klassiklrəmizdə ana dilimizə borcludurlar.Onların əsərlərini azərbaycanca oxuyub həyatı,məişəti öyrənmişik dünya mədəniyyətinə qovuşmagın yollarını dərindən mənimsəmişik.Dil vacib bir sahədir,dilə hər bir kəsin təəsüfkeşliyi olmalıdır.Hamı namus,qeyrətə yanaşdıgı kimi dilədə belə münasibət bəsləməlidir.Dil dövlətin atributudur.Azərbaycan dilidə keçməkeşli bir yol keçib.Bu dilin qayda qanunlarını qorumaq,dili yaşatmaq hamımızın borcudur.
Müstəqillik dövründən sonra dilimizin statusu dahada genişlənib.Artıq azərbaycan dili dövlət dilidir.Azərbaycan dili vasitəsiylə dünyanın ayrı-ayrı ölkələrində rəsmi danışıqlar aparılır.Ticarət,iqtisadiyyat işləri qurulur.Dilimiz artıq beynəlxalq tribunadan səslənən bir dildir.Bunlar yaxşı kefiyyətlərdir.Biz dilimizin lügət tərkibinin təmizliyinədə fikir verməliyik.Siz məsələni köklü qoymusunuz.Dilimizin təmizlənməsi üçün bizə vaxt lazımdır.Birincisi mətbuatdan,televiziya kanallarından,radio efirlərindən başlamalıyiq.Yeri gəlmişkən deyim ki,sizin çalışdıgınız azərbaycan dövlət radiosunun xalq yaradıcılıgı redaksiyası.Bu redaksiyanın hazırladıgı verlişlərə fikir verək. «Bulaq», «Dastan saatı»,«Ipək yolu», «İrəvan çuxuru».Bu verlişlərdə tarixdə,mədəniyyətdə,mənəviyyatda qorunur.Həmişə tələbələrimə azərbaycanca səlis,gözəl danışmaları üçün bu verlişləri dinləməyi məsləhət bilirəm.
Dilimizdə əcnəbi sözlərlə danışanlara,tv-radio efirlərində,mətbuatda dilimizə laqeyid münasibət bəsləyənlərə isə süni dəbdən uzaq olmaqı arzulayıram.Çünki nə varsa,mahnılardı,mugamlardı,saz havalarıdı, hamısı azərbaycan dilində sevilib seviləcəkdə.Bir sözlə dili dövlət yox,xalq qorumalıdır.Bu qəzetlərdə,tv-radio efirlərində çalışanların əksəriyyətinin jurnalistikadan xəbərləri yoxdur.Həm təhsil baximdan,həmdə mədəniyyət,qanacaq baximdan.Savadsızlıq və ədəbsizlik cəm olan yerdə çox böyük fəsadlar olur.Qəzet,jurnal,radio,televiziya ondan ötürüdürki,xalqı marifləndirsin.Əgər bugün bunlara əməl olunmursa bunun qarşısı alınmalıdır.Heç kəsin dilimizdə kənar söz işlətməyə haqqı yoxdur.Dil tribunadır,güzgüdür.Təmiz və nümunəvi olmalıdır.Qaldırdıqınız bu məsələ olduqca mənalı və məzmunludur.Özünü vətandaş hiss edən hər bir kəs dilə xidmət etməlidir.Çünki biz bu dil vasitəsiylə ünsiyyət qururuq.
Buludxan müəllim növbəti sualım əlifbayla baglıdır.Bugünə kimi biz bir neçə əlifba dəyişmişik.İlk qədim əlifbamızda bildiyiniz kimi piktoqrafik əlifbadır.Soruşmaq istəyirəm əlifbadan əlifbaya keçiddə hansı itkilərimiz olub?
Çox böyük itkilər olub.Sizə deyim ki,biz qürür hissi ilə deyə bilmərik ki,tez-tez əlifba dəyişmişik.Bu fəxr olunası deyil.Əlifbanın dəyişməsi çox böyük fəsadlar törədir.Birincisi düşüncə tərzi dəyişir,dilin qayda qanunlarında hərc-mərclik yaranır.Əlifbanın bir əsrdə bir neçə dəfə dəyişməsiylə nəsillər arasında körpü əlaqəsi sınır.Məsələn,bugün biz latın əlifbasından istifadə edirik,amma kiril əlifbasından istifadə yoxdur.Kiril əlifbasında yazılan kitablar,dəyərli əsərlər itib batır.Əlifba təkcə məktəb uşaqları üçün deyil,əlifbanı hamı öyrənməlidir.Ancaq nəzərə almaq lazımdır ki,əlifbadan əlifbaya keçid olanda əlifbanı hamı öyrənə bilmir.Yaşlı,qoca,agbirçək,agsaqqalida nəzərə almaq lazımdır.Əlifba dəyişkənliyində bu məsələləri nəzərə alıb çox ehtiyatlı olmaq lazımdır.Bugün sevindirici haldır, latın əlifbasıyla bizim cənab prezidentimizin sərancamı var,ədəbiyyat çap olunur.Bu çox gözəldir.Dilə,ədəbiyyata dövlət qaygı göstərir.
1926-cı ildə Bakıda 1-ci türkoloji qurultay keçiriləndə vahid problem türk xalqlarına ortaq türk xalqlarının əlifbasıydı.Çoxlu müzakirələr aparıldı ki,ortaq türk əlifbasını necə yaradaq?Ayrı-ayrı hərflərin üzərində,və onların qrafik işarələrində müxtəlif mübahisələr yaranmışdı.Yəni əlifba elə asan məsələ deyil.Əlifbanın dəyişməsiylə iqtisadi problemləri,mədəni problemləri həll etmiş olmuruq.Əlifba dünyaya çıxış üçün bir vasitədir.Bugün latın qrafikalı əlifbadan istifadə edirik.Yenə deyirəm bu sevindiricidir,ancaq gelin biraz keçmişinə nəzər salaq.Nə qədər ədəbiyyatlarımız bugünə kimi diqqətdən kənardı.Bir sözlə insiyənə kimi çox itkilərimiz olub.
Dünyada çinlilərin,koreyalıların,yaponların əlifbalarına nəzər yetirin.Ən çətin,ən qəliz əlifba.Ancaq bunların iqtisadi inkişaflarına baxın.Əlifba həm bəzi məsələlərin həllində vasitəçidir,həmdə vasitəçi deyil.Bütün məsələləridə əlifbanın üzərinə atmaq olmaz.Bayaq qeyd etdim,tez-tez əlifbalarımız dəyişib.Ayrı-ayrı illərdəki nə qədər yazılı abidələrimiz itib batib.Əlifbanı dəyişməkdə böyük itkilərdən biridə maliyyə itkiləridir.Dərsliklər ,ədəbiyyat dəyişməli.Bunlarda vəsait tələb edir.Vəsaitdə dövlətin büdcəsindən gedir.Burdanda maliyyə itkiləri yaranır.
Buludxan müəllim bəs bugün sizin çalışdıgınız pedoqoji universitetin tələbələri necə dilimizin təmizliyindən,imkanlarından geniş istifadə edirlərmi?
Gənclik gələcəyimizdi.Təsadüfi deyilən söz deyil.Bəzən gəncliklə münasibətdə ogul ata münasibəti alınır.Ogulla ata arasında inkişaf dinamika baxımdan anlaşılmazlıq olur.Çox vaxtda şişirdib gənclik bizim arzu təkliflərimizi tam ödəmirdə deyirik.Mən bunun əlehinəyəm.Azərbaycan gəncliyi elastik bir gənclikdir.Gənclərimizi hansı istiqamətə yönəltsən,o istiqamətə gedir,uyuşur,və ugurlu nəticələr verir.Azərbaycan gəncliyi kifayət qədər potensialdır,istedadlıdır.Bilirsiniz gəncliyimiz özündən böyük nəsildən çox şey umur.Biz nəqədər düzgün faydalar versək gənclik bir o qədərdə bəhrələnəcək.Tam əminliklə deyimki bugün ki,gəncliyimiz öz tarixinidə,mədəniyyətinidə öyrənməkdə həvəslidir.Sadəcə olaraq bu həvəsə istiqamət vermək lazımdır.Bunuda deyək ki,azərbaycan gəncliyi dünyadan təcrid olunmuş şəkildə yaşaya bilməz.Dünyada bugün ciddi porseslər gedir.İnformasiya.texnologiya komunikasiya vasitələrinin həyatımıza gəlməsi.Ən əsas amildir.Gəncliyimizdə bunlardan istifadə etməyi bacarır.Bu çox gözəldir.Anca bugün ki,gənclik 10-15 il bundan qabaq ki,nəsillə müqayisə oluna bilməz.Əvvəl ki,nəsil daha çox kitaba üstünlük verirdi,bugün ki gənclik isə bayaq qeyd etdiyim kimi internetə texnologiyaya.Bugün desəkki, gənclik kitab oxumur,buda dogru olmaz.Bilirsiniz bizim müasir gənclik öyrənməyə meyillidir.Buda millətin xarakterindən irəli gəlir.Sadəcə olaraq bayaqda qeyd etdiyim ki,yönləndirmək lazımdır.
Bugün mənim tələbələrim ana dilimizdə gözəl danışırlar.Bədii ədəbiyyatlar oxuyurlar,xarici ədəbiyyatla maraqlanırlar.Mən desəm ki tələbələrimdən razıyam,bu heç kimdə şübhə dogurmamalıdır.
Buludxan müəllim bir sualada cavab almaq istəyirəm:Elə görüşmüşkən soruşum.
biz kitabi Dədə Qorqud dastanını,və bir çox əski dastanlarımızı oxuyanda müqayisə etmək istəyirik.Müqayisəyə gələn isə dastanlarımızın əski variantalıriyla bügün ki variantıdır.Qədim dastanlarımızda işlənən sözlər bugün nə dilimizdə nədə dastanlarımızda yaşayır.Sözlər yalnız fərdi adamlar arasında işlənir,belə sözlərin işlənməsidə istər oxuyanda istər istəməz insanlar arasınnda çaşqınlıq yaradır.Maraqlıdır qədim dastanlarımızda ki,sözlər bugün dilimizə,lügətimizə qayıtması mümkündürmü?,və yaxud bayaq qeyd etdiyiniz ortaq türk dilindən söbət gedə bilərmi?
Mən deyim ki,bugün elmi ictimaiyyətdə ortaq türk dili məsələsi müzakirə olunur.Suallarda yaranır kı,türk dilinin lügət tərkibi hansı sözlərdən ibarət olacaq.Müxtəlif versiyalar,fərqli münasibətlər var.Sualınızda həqiqət var,bunuda qəbul etməliyik.Ortaq türk dili yaranarkən onun lügət tərkibi ortaq abidələrimizin lügətiylə qurulmalıdır.Ortaq yazılı abidələrimizdən biridə kitabi Dədə Qorquddur.Kitabi Dədə Qorqud dastanı və bir çox ortaq dastanlarımızda kı,sözlər türk xalqları tərəfindən yaxşı başa düşülür.Ortaq türk dilindən söhbət gedirsə ortaq türk xalqlarının dəyərlərindən istifadə olunmalıdır.Sualınızın ikinci hissəsinə cavab vermək istərdim.Qədim dastanlarımızda kı,sözlərin bugün dilimizdə işlənməməsini qeyd etdiniz.Bununla tam razıyam,ancaq razılaşaq ədəbi dildə işləmir.Bu cür sözlər xalqın dilindədir.Dialekt şivələrimizdədir.Bu ləhcələrimizdəki dialekt sözlərdəki kəlmələrimizi bir yerə yıgsaq bütün qədim sözlərimiz yaşayar.Sadəcə olaraq bu sözlər ədəbi dilimizdə işləmir.
Buludxan müəllim sonuncu sualımdan sonra sizə təşəkkürümü bildirmək istəyirəm.Bir gənc kimi sizdən bugün çox şey öyrəndim.Özünüz demişkən gəncliyə istiqamət vermək lazımdır.Sizin kimi ziyalıyla söhbət mənə xoş təsir bagışladı.
Sizdə çox sagolun.Dogurdanda bugünün aktual məsələsi üzərində söhbət etdik.Mənim özümədə sizin kimi bir gənclə söhbət çox xoş oldu.
Yazımın kuliminasiyası isə belə olacaq.Azərbaycan dilinin gözəlliyindən,geniş imkanlarından sizləri istifadə etməyə çagırıram.
29 Nisan 2008, 18:35
Aşıq sənətinin canlı tarixi
Aşıq Məhəmməd Çovdaroğlunun sinəsində çox xatirələr yatır
Vaxtilə ustad aşıqlar kimi tanınan, indilərdə müəyyən səbəblərdən radio, televiziya efirlərində səslənməyən, mətbuat səhifələrində görünməyən, belə demək mümkünsə, unudulmaqda olan sənətkarların axtarışındayam. Od külün altında gizləndiyi kimi, bölgələrimizdə, ucqar rayonlarımızda onlarca ustad aşığımız yaşayır. Onlar xalqımızın böyük potensial gücünü öz yaradıcılıqlarında qoruyur, yaşadır.
Elə məni Tovuza – Çovdaroğlu aşıq Məhəmmədlə görüşə gətirən də bu istək oldu. Bu yolda mənə yol göstərən, qolumdan tutan böyük alimimiz, yorulmaz tədqiqatçı, folklorçu Məhərrəm Qasımlının xeyir-duası və “Ozan aşıq sənəti” kitabı oldu. Bu çətin axtarışlarıma işıq tutduğu üçün, ustadım Məhərrəm Qasımlıya şagird ehtiramımı bildirirəm. M.Qasımlının “Ozan aşıq sənəti” kitabından diqqətimi ustad bir aşıq, Gəncəbasar aşıq mühitinin layiqli yetirməsi, aşıq Əsəd Rzayevin şəyirdi Çovdaroğlu aşıq Məhəmməd çəkmişdi. Uzun vaxtdı ki, bu aşığın səsi-sorağı gəlmirdi. Amma aşıqsevərlər indi yaşı 90-na çatan aşıq Məhəmməd Çovdaroğlunun zənguləli, şaqraq səsini yaxşı xatırlayırlar. Ustad aşığımızın səsinin vurğunları İrəvanda, Göyçədə, Borçalıda, Şirvanda, eləcə də digər bölgələrimizdə çox olub. O çox məclislər yola verib, çox uzun gecələri səhərə açıb. Bu yaxınlarda professor M.Qasımlıyla bir neçə dəqiqəlik görüşüb söhbətləşdik. Söhbət yenə də Çovdaroğlunun üstünə gəldi. Məhərrəm müəllim “Heç bilirsən o kişidə nələr var? O, bir axar çaydı axdıqca axır. Mütləq imkan tap get görüş, əsil xəzinə üstünə çıxacaqsan” – dedi. Beləcə ustad sözüylə ustad görüşünə yollandım. Düzdür, həmin gün hava soyuq idi. Yollar buz bağlamışdı, evdən çölə çıxmağı heç kim rəva görmürdü. Mən qəti qərara gəlmişdim ki, növbəti verilişim üçün gedib Məhəmməd Çovdaroğlunun səsini yazmalıyam. “Yolçu yolda gərək” – deyib yollandım Tovuz rayonuna. Bəxtimiz onda gətirdi ki, kişi evdəydi. Onu da qeyd etmək istəyirəm ki, Çovdaroğlu Məhəmməd hal-hazırda kəndin mərasimlərində iştirak edir. Bu səbəbdən onu evdə az-az tapmaq olur. Bizi Çovdaroğlu Məhəmmədin özü qarşıladı. Hal-əhval tutduq. Məni kəndə aparan Mikayıl müəllim “Ay Məhəmməd dayı, Savalan dövlət radiosunun “Xalq yaradıcılığı” redaksiyasının əməkdaşıdı” – dedi. Çovdaroğlu aşıq Məhəmməd isə “mən Savalana qulaq asıram. Bir neçə gün bundan öncə də aşıq Məhəmməd Sadaxlı haqqında verilişini dinləmişəm, böyük zövq almışdım. İndi də lap yerinə düşüb görüşümüz. Dağ-dağa rast gəlməsə də, insan-insana rast gələr. Bir də ki, qapıda niyə durmuşuq, keçək içəri”. Otağın divarında aşığın gənclik illərində çəkilən xatirə şəkli asılmışdı. Bax bu mənəm, əsgərlikdən sonra çəkilib – 46-cı ildə. İndi artıq şəkildəki gənclik illərindən əsər-əlamət qalmayıb. Qocaldıq, ay bala – deyə bir azca kövrəldi. Yarızarafatla ustad aşığımıza “kim yüz il yaşamasa, günah onun özündədir” – dedim. Söhbətimiz başladı. Ustadı – ozanlar ozanı aşıq Əsəd Rzayevlə ilk tanışlığı haqda soruşdum. Dedi ki, Aşıq Əsəd Rzayevin yanına hərbi xidmətdən sonra gəldim. Xatırlatmaq istərdim ki, bir vaxtlar aşıqların sazında oxunan, eldə-obada, böyükdən-kiçiyə hamının əzbər bildiyi tez-tez səslənən ağır qanlı müharibədən əks-səda kimi qalan, yarıciddi-yarızarafat söylənilmiş “adı Tamara sestra” gəraylısı da aşıq Məhəmməd Çovdaroğluna məxsus imiş. Soruşdum ki, hardan bu sənətə sizdə bu qədər böyük maraq və sevgi vardı? Pir olmuş qayıtdı ki, “ay bala, atam məni həmişə uşaqlıqda özüylə toylara aparardı, o da aşıqların vurğunuydu. Məni ilk həvəsə gətirən, yönləndirən də məhz atam olub. Amma mən Əsəd Rzayevə şəyird gələndə atam qorxdu. Ona görə ki, aşıq Əsəd Rzayev çox tələbkar idi. Dədə Ələsgərə şəyird olan aşığa şəyird olmaq asan iş deyil. Atam qorxurdu ki, birdən mən ustadın tələbkarlığına tab gətirmərəm. Mən də bir gənc kimi atamın, həm də ustadımın başını uca tutmağı qarşıma məqsəd qoymuşdum. Beş il ona qulluq etdim, xeyli dastanlar, şeirlər, havalar öyrəndim. Beş ilim hədər getmədi. İndi də çox xoşbəxtəm ki, sənətə ustad şilləsi yeyib gəlmişəm. Əsəd Rzayev ustadıydı. Mənə sənəti kamil öyrətdi. Dastanları öyrənməyimi xususi tələb edirdi. Deyərdi ki, aşığın dastanları bilməsi çox vacibdi. Nə qədər imkanın var, öyrən, toylara getsən, səndən dastan istəyəcəklər. Mən də xeyli dastan öyrəndim. Ustadımla, eləcə də ustad aşıqlarla toylarda çox olmuşam. Aşıq Əsəddən sonra toylara tək getmişəm. Öyrəndiyim dastanları danışmışam, havaları oxumuşam. Toylarda aşıq Şəmşirlə, aşıq Pənahla, aşıq Şakirlə, aşıq Məmmədağayla, aşıq Sadıq Sultanovla bir yerdə çox olmuşam. Allah hamısına rəhmət eləsin. Göyçəli aşıq Müseyibi də yaxşı xatırlayıram. “Ay qaragöz balam”ı rəhmətlik elə oxudu getdi ki, tarix yaratdı. Aşıq Əsəd həmişə maraqlı söhbətlər edərdi. Bir dəfə Dəli Alının toyunda iştirak etməklərindən danışdı. Sinəsi söz-söhbətlə doluydu. Ələsgər yadigarıydı, ay oğul. Bir də ən çox xatırladığı, haqqında danışdığı adam öz atası idi. Deyirdi ki, dədəm çox zəhmətkeş adam olub. Həyət-bacada bir an belə bekar qalmazdı. Özü də Ələsgərlə yaxın dost idilər. Yanına da gəlib-gedənlər çox olurdu. Çox vaxt da kişi həyətdə odun yarırdı. Yanına gələnlər deyərdilər ki, a kişi, maşallah bu qədər oğul-uşağın var, gəl gedək çay içək, söhbətləşək, odunu da oğlanların yarar. Rəhmətlik deyərdi ki, “ay kişilər, mənim oğlanlarım mənə baxıb tərbiyə götürür. Mən zəhmətkeş olmasam, onlar da mənə çəkəcək. Gözümü açandan iş, zəhmət görmüşəm. Hazır qoy oğlanlarım belə böyüsün. Mikayil Azaflıyla eyni vaxtda Əsədə şəyird olmuşuq”. Dedim bəlkə söhbətimizi Azaflının bir havasıyla davam etdirək? Çovdaroğlu sazı köynəkdən çıxartdı. Söylədi ki çoxdandır oxumuram, səsimi də itirmişəm. Cavanlığımdakı səsimin üçdə biri qalıbsa, böyük şeydir. Azaflı dübeytisini səsləndirdi. Otaqda gözəl ab-hava varıydı. Aşıq Məhəmmədin nəvəsi İlkin isə sazın səsinə uymuşdu. “Bu yaşda səsə bax, Allah” – deyən Mikayıl müəllimin gözləri doldu. İfadan sonra etiraf etmək lazımdır kı, Çovdaroğlu Məhəmməd təvazökar insandı. Çünki bu yaşda həm səsi, həm də ifası çox qədimdir. Havadan sonra Qaraçıoğlu Aşıq İbrahimin gözəl sənətkar olduğundan danışdı. Yusif Azaflı, Qaraçıoğlu Aşıq Paşa, Qaraçıoğlu İbrahimin şəyirdləri olub – dedi. Yeridi deyim ki, mənim öz yerində, yurdunda gedib ilk görüşdüyüm ustad aşıq Goranboylu Qaraçıoğlu Aşıq Paşa idi. Bu haqda oxucularımın məlumatı var. Ay bala, bayaqdan birini qurtarmamış birini başlayıram. Vallah, beynimdə o qədər söz-söhbət var ki, bilmirəm hansı birini danışım. Bir də ki, xeyli vaxtdır belə bir şirin söhbət etmirdim. Yan-yörəm ustad aşıqlarıydı, indi rəhmətliklər hanı? Çoxu da tez getdi dünyadan. Amma o günlərin şirinliyi həmişə xoş xatirədi. Nə yaxşı ki, o illərdə yaşamışam” – deyir. Məhəmməd Çovdaroğlunun evində 2 sazı var. Biri lap köhnə sazdı, biri də 15 ilin. Biri elə ustadının vaxtından qalıb. Bu sazın üstünü ona görə bəzəmişəm ki, o vaxtlar sazı bəzəmək dəbiydi. Çox aşıqların sazı belə bəzəkli olub. Bu sazın çanağındakılar da qızıldı, o vaxtlar hədiyyə vermişdilər. Mənim şəyirdlərim də çox olub. Özüm ustad şilləsi yediyim kimi, şəyirdlərim də ustad şilləsi yeyib. Amma hamısı dünyalarını dəyişib. Allah o dünyalarını versin. Çopur Ələsgərlə də toylarda çox olmuşam. Rəhmətlik Əkbər əvvəllər balabançıydı, sonradan sazı öyrəndi. Hələ balaban çalan vaxtlardan bizimlə toylara gedərdi. Sazı öyrənəndən sonra da birlikdə toylarda çox olduq. İmranıydı, Əkbəriydi. Hər ikisi bənzərsiz idilər. Çətin, indən belə İmran, Əkbər, Müseyib doğula. İndi nədənsə belə aşıqlara rast gəlmirəm. Bir-iki hava bilmək aşıqlıq deyil. Rəhmətlik Xanların yaradıcılığına fikir verin. Ömrünün sonuna kimi öyrəndi. Amma indiki gənclər birini bilir, beşini də öyrənmək istəmir. Rəhmətlik Xan Şuşinskiylə konsert salonlarında, filarmoniyada tez-tez görüşərdik. Filarmoniyada festivallarda tez-tez iştirak edərdim. Borçalı aşıqlarından Aşıq Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı Kamandarla, Əmrahla, Hüseyn Saraclıyla çıxışlarım çox olub. Kamandarın “tarda birdi, sazda birdi” oxuduğu gəraylını mən yazmışam. Kamandara qulaq asanda unuduram ki, sözlərin müəllifi mənəm. Ona görə ki, Kamandar bu sözü çox gözəl oxuyub. Xındı Məmmədi lap yaxşı xatırlayıram. Doğrudan da ona “Borçalı bülbülü” adı layiqdi. O, çox qüvvətli aşıq idi. Ay bala, yaman kövrəltdin məni. Hərdən rəhmətliklər yuxularıma da gəlirlər. Görünür, ya mən onlar üçün darıxmışam, ya da onlar mənimçün. O vaxtlar plastinkam çıxmışdı. Radioda çox oxumuşam. Azərbaycan televiziyasının çəkilişlərində çox olmuşam. Hal-hazırda yenə Azərbaycan televiziyası, radiosu yaxşı aşıq verilişləri verir, sağ olsunlar. Siz də sağ olun, ay bala, qarda, boranda gəlmisiniz, yada salmısınız”. Ustad aşıqla çox mətləblər üstə gəldik. Söz bizləri gah dağa, gah arana apardı. Aşıq sənətimizin canlı tarixi ilə keçmişə qayıda bildik. Bu böyük sənətin tarixinə işıq tutduğu üçün ustada cansağlığı arzuladım. Uzun müddətdi ki, simlərin həsrətində olan barmaqları “Mansırı”, “Dilqəmi”, “Ruhani”, “Bəhməni” kimi ürfan havaların üstə bir də gəzişdi. Bizə bir daha bir tarix yaşatdı. Canlı oxumasından, söhbətlərindən zövq aldım, ifalarını, lentə köçürdüm. Aşıqla bu görüşümü Azərbaycan radiosunun “Xalq yaradıcılığı” redaksiyasından dinləyicilərimizə təqdim edəcəm. Amma yaxşı bilirəm ki, demədiyi, danışmadığı çox mətləblər qaldı. Onun sinəsində toxunulmamış xəzinələr yatır. Çox mətləblərə bir də ona görə gəlib çıxa bilmədim ki, bəlkə də buna böyük səbəb mənim hələ ki, tədqiqatçı təcrübəsizliyim oldu.
Sağlıq olsun.
Savalan Talıblı
Azərbaycan radiosunun əməkdaşı, jurnalist